YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kazunori Tanaka: Azərbaycanın misilsiz inkişafının şahidi olduq

«Azərbaycana səfərimizin əsas məqsədini  hər iki ölkənin  iqtidar partiyaları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir». Bu fikri ölkəmizdə səfərdə olan  Yaponiya Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka jurnalistlərə müsahibəsində deyib.

Səfər zamanı Azərbaycanın misilsiz inkişafının şahidi olduqlarını deyən qonaq bildirib ki,  Bakı şəhərində gəzərkən görüş zamanı insanların çox qonaqpərvər olduğunun şahidi olduq: «Eyni zamanda, Azərbaycanın necə gözəl ölkə olduğunu öz gözlərimizlə gördük».

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəsinin mövqeyinə gəlincə, Kazunori Tanaka deyib ki, Yaponiya hökuməti atəşkəs rejimini dəstəkləyir və sülhün bərqərar olması üçün öz dəstəyini əsirgəməyəcək. «Düşünürəm ki, Qafqaz regionu üçün bu münaqişənin tezliklə həll olunması çox vacibdir»- deyə, o, vurğulayıb.