YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amanda Pol: Qarabağda aprel eskalasiyası danışıqlar prosesinin uzun illər yerində saymasının nəticəsi olub

Tanınmış siyasi şərhçi və jurnalist, Brüsseldə yerləşən Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzinin layihə rəhbəri Amanda Pol “EurActiv”in müxbiri ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət haqqında fikirlərini bölüşüb. O, hərbi əməliyyatların eskalasiyasının səbəbini danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşməsində gördüyünü bildirib. Bundan əlavə, politoloq qarşıdurmanın hərbi fazasının yenidən başlanması ilə Ermənistanın siyasi rəhbərliyinin yeni strategiyası – möhkəmlənməkdə olan Azərbaycana “qabaqlayıcı zərbələr” endirmək yolu ilə “strateji çəkindirmə” kursu arasında inandırıcı paralellər aparıb. Ekspert bu dörd günü son illər Azərbaycan ordusunun balansında olan yeni silah növlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan adlandırıb.

Amanda Pol deyib: “Bakı münaqişənin müzakirəsini beynəlxalq birliyin gündəliyinə gətirmək istəyir”.

Bu münaqişədə dinin heç vaxt rol oynamadığını vurğulayan politoloq müxbirin bu barədə səhvinə üsulluca düzəliş edib.

O, həmçinin xatırladıb ki, Almaniya ATƏT-in sədri kimi danışıqlar prosesinə yeni təkan verilməsində fəal rol oynamağa çalışır.