YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərib Məmmədov: Azərbaycanda hər bölgənin öz atlası olacaq

Azərbaycanda hər bir bölgə üçün atlas hazırlana bilər. Bunu Trend-ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bölgələr üzrə atlasların hazırlanması üçün kifayət qədər imkan var: "Bizdə Azərbaycan və ingilis dillərində "Ekoturizm potensialı" adlı 2 cilddən ibarət fundamental əsərlər var. Orada bölgələr də işıqlandırılır. Lakin konkret hər bölgə üçün də atlas hazırlana bilər. Burada heç bir problem yoxdur. Bunun üçün əlimizdə kifayət qədər material var".

Q.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanın turizm və nəqliyyat atlasları var. Artıq Milli Atlas da hazırlanıb və bu yaxınlarda işıq üzü görəcək. Milli Atlasın işıq üzü görməsi isə digər atlasların hazırlanmasına zəmin yaradacaq: "Bizim fikrimiz var ki, Milli Atlas işıq üzü görəndən sonra bir çox atlaslar hazırlayaq. Məsələn, ayrı-ayrı zonalar üzrə turizm, fövqəladə hallar, təbii ehtiyatların ayrı-ayrı sahələrini əhatə edən atlaslar buraxılacaq".