YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Tokioda yad olunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Yaponiyadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Yaponiya Xarici İşlər Nazirliyinin rəsmiləri, Azərbaycan diasporunun üzvləri, mətbuat və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə, eləcə də Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına xüsusi töhfə vermiş bu Gündoğar ölkəyə rəsmi səfərinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs edib. Azərbaycançılıq, milli birlik, sosial rifah, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit ölkə modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğu, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Vurğulanıb ki, Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycan müstəqil xarici siyasət yürüdərək, dünya dövlətləri arasında beynəlxalq miqyasda layiqli yerini tutub.

Tədbirdə Ulu Öndərin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunub.