YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycan elminin in­ki­şa­fı naminə AMEA-ya hər cür qayğı göstərilir

«Alimlərimizin əməyinin stimullaşdırılması ilə bağlı təkliflər ölkə rəh­bər­­liyi tərəfindən böyük həssaslıqla qarşılanır. Azərbaycan elminin in­ki­şa­fı naminə AMEA-ya hər cür qayğı göstərilir». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanın el­­mi potensialı dövlətin diqqət və qay­­ğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sa­yə­sin­də yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək. Onun  sözlərinə görə, elmimiz res­pub­likanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da ya­xın­dan iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini ve­rəcək.

«“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” da mühüm sənəddir. Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir»- deyə, A.Əlizadə vurğulayıb.