YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Aprelin 22-də müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən  bildirmişlər ki, Yavər Camalov nümayəndə heyətinə rəhbərlik etdiyi nazirliyin fəaliyyəti ilə bağlı məlumat vermişdir.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev iştirak etmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olmuş, istehsal prosesini yaxından izləmişdir.