YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq təşkilatların rəhbərləri Bakıda qlobal problemləri müzakirə edəcəklər

Hazırda dünyanı narahat edən problemlər və onların həlli yolları aprelin 30-da Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısında müzakirə ediləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialının inkişafı sahəsində yeni paradiqma” adı altında konsorsium tərəfdaşları üçün keçiriləcək hazırlıq toplantısında Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Ümumdünya Gələcək Fondu, Mədəni Diplomatiya Akademiyası kimi təşkilatların rəhbərləri iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, hazırlıq toplantısının məqsədi bəşəriyyətin qarşılaşdığı əsas problemlərin həlli üçün yeni paradiqmanın hazırlanması, bərabər inkişaf, iqtisadiyyat, ekologiya, dövlətçilik, beynəlxalq hüquq, sülh, təhlükəsizlik kimi anlayışları əhatə edən əməkdaşlıqda maraqlı olan həmfikir təşkilatları bir araya gətirməkdir.

Toplantıda bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yanaşma və məqsədlər, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin noyabrında Bakıda keçiriləcək böyük beynəlxalq konfransın gündəliyi, atılacaq addımlar müəyyənləşdiriləcək, digər potensial tərəfdaşların tanınması kimi məsələlər müzakirə olunacaqdır.

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində baş tutacaqdır.