YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB- nin təşkilatçılığı ilə “Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Bakıda keçirilən “Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilib.

Konfransa İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri qatılıblar.

Konfrans işini “Park İnn” otelində “Qlobal çağırışlar və gəncliyin cavabı”, “Siyasi plüralizm və parlament təcrübəsi” adlı sessiyalarla davam etdirib.

Konfransda çıxış edən YAP GB-nin sədri Seymur Orucov gənclərin qlobal çağırışlara daha aktiv cavab verməsinin vacibliyini diqqətə çatdırıb, erməni terrorizmi, nüvə təhlükəsizliyi, qlobal istiləşmə, irqçilik, humanitar fəlakət mövzularında ətraflı məlumat verib.

Bildirilib ki, regionda yerləşən Ermənistan daim azərbaycanlılara qarşı mənəvi və silahlı terrorlar törədib, insanları kütləvi şəkildə qırıb. Bəşər tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən olan Xocalı soyqırımı ermənilərin iç üçünü nümayiş etdirir. Soyqırım zamanı bir gecədə 613 nəfər nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər isə itkin düşüb. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan rayonlarının işğalı nəticəsində 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamağa məcburdur. Bunlardan başqa ayrı-ayrı vaxtlarda Ermənistan dövlətinin maliyyələşdirdiyi ASALA terror təşkilatı tərəfindən Azərbaycanın digər ərazilərində qanlı terror aktları, o cümlədən Bakı metrosunda partlayışlar törədilib. İşğal olunmuş Azərbaycan ərazilərindəki bütün maddi-mədəniyyət nümunələri dağıdılıb və yandırılıb. Ümumilikdə, son 20 ildə Ermənistanın Azərbaycana vurduğu ziyanın miqdarı 300 milyard dollardan çoxdur. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələrin (822, 853, 874, 884) heç biri icra edilməyib.

YAP GB-nin sədri deyib: “Son illər terroru İslamla bağlamaq meylləri güclənib. Bu meyil özlüyündə kifayət qədər populyarlaşan islamofobiya anlayışının yaranmasına gətirib çıxarır. Əslində isə İslamın terrorla heç bir əlaqəsi yoxdur.

Nüvə təhlükəsizliyindən danışan S.Orucov diqqəti Ermənistan ərazisində yerləşən, istifadə müddəti bitmiş, lazımi texniki parametrlərə cavab verməyən Metsamor AES-in region üçün yaratdığı təhlükələrə də yönəldib.

YEPP vitse-prezidenti Ricardo Pozzi, İYDU-nun sədri Bachir Wardini, DEMYC-nin sədri Javier Hurtado və başqaları çıxış edərək beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə ölkəmizə minnətdarlıqlarını bildirib, mövzunun əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir dövrdə gənclik qlobal çağırışlara hazır olmalı, onlara adekvat cavab verməli və yeni trendləri yaratmalıdırlar. Sülh, əmin-amanlıq, sabitlik, inkişaf bu trendlərin əsas qayəsini təşkil etməlidir.

Bildirilib ki, son illərdə dünyada gənclər təşkilatlarının fəallığı xeyli güclənib. Hazırda gənclər zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə fəallığı daha da artırıblar. Qlobal çağırışlara gənclərin cavabının daha çevik olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, məhz onların düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində planetimizi daha yaxşı məkana çevirə bilərik.

YAP GB-nin sədr müavini Samirə Quliyeva çıxışında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır nəticələri barədə məlumat verərək bildirib ki, beynəlxalq birlik Ermənistandan işğalçı siyasətə son qoymağı, Azərbaycan ərazilərini boşaltmağı tələb etməlidir. İşğalçı Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək lazımdır.

Konfrans işini müzakirələrlə davam etdirib.