YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 14,9 milyon ton neft nəql olunub

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 14 milyon 906,6 min ton neft nəql edilib. Nəqletmənin 78,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 11 milyon 717 min ton neft ötürülüb. Dörd ayda BTC ilə 1,6 min ton tranzit neft də nəql olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.