YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan pilotları “Anadolu Qartalı – 2016” beynəlxalq təlimində iştirak edirlər

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2016” beynəlxalq təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edirlər. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq, real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.

Təlim iyunun 10-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv