YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Design Mena” jurnalında Heydər Əliyev Mərkəzi barədə məqalə dərc olunmuşdur

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr edilən və ITP media holdinqinə daxil olan “Design Mena” jurnalında BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun “Heydər Əliyev Mərkəzi “İlin dizaynı-2014” mükafatını qazanmışdır” sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə Heydər Əliyev Mərkəzinin Londonun Dizayn Muzeyi tərəfindən təqdim edilən “İlin dizaynı-2014” mükafatını qazandığı qeyd olunur. Müəllif bildirir ki, Mərkəzin memarı Zaha Hadid son yeddi il ərzində bu mükafatı qazanan ilk qadın olmuşdur.

Heydər Əliyev Mərkəzinin xarici dizaynının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan müəllif yazır ki, memar Zaha Hadid özü də Mərkəzin onun ən gözəl işlərindən biri olduğunu diqqətə çatdırmışdır.