YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Uşaqların tərbiyəsi təkcə dövlətin deyil, bütün bəşəriyyətin icra etməli olduğu vəzifədir

«Uşaqların tərbiyəsi təkcə dövlətin deyil, bütün bəşəriyyətin icra etməli olduğu vəzifədir. XX əsrin 50-ci illərindən başlayaraq, uşaqların inkişafına diqqət bəşəri səviyyəyə yüksəlib». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda da uşaq problemlərinin həlli  prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, hələ 1990-cı illərdə Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətində uşaqlara qayğı məsələlərini dövlət səviyyəsinə qaldırmışdır.

«Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bütün bunlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.