YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BBC News Heydər Əliyev Mərkəzinin memarının mükafatlandırılmasından bəhs etmişdir

BBC News “Zaha Hadidin Bakıdakı layihəsi ilin mükafatına layiq görülmüşdür” sərlövhəli məqalə yaymışdır.

Məqalədə qeyd edilir ki, dünya şöhrətli memar Zaha Hadid Heydər Əliyev Mərkəzinin dizaynına görə “İlin muzey dizaynı-2014” mükafatına layiq görülmüşdür. Bildirilir ki, Zaha Hadid son 7 ildə bu mükafata layiq görülmüş ilk qadın memardır.

Yazıda Londonda keçirilən mükafatlandırılma mərasimi haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzinin arxitekturasına görə mükafatlandırılan ilk layihə olduğu diqqətə çatdırılır.

Məqalədə mükafatlandırma üzrə münsiflər heyətinin sədri Ekov Eşunun Heydər Əliyev Mərkəzi haqqında fikirlərinə yer verilir. O, Heydər Əliyev Mərkəzinin çox gözəl, heyrətamiz bir bina olduğunu vurğulayır. Münsiflər heyətinin sədri mərkəzin memarlıq xüsusiyyətləri haqqında məlumat verərək onun həqiqətən də mükafata layiq olduğunu söyləyir.

Yazıda, həmçinin Heydər Əliyev Mərkəzinin quruluşu haqqında məlumat verilir. Qeyd edilir ki, konfrans, qalereya zalları və muzeyi olan mərkəz paytaxtın müasir memarlıq abidələri sırasında özünəməxsus yer tutaraq Bakını dünya memarlıq incilərini özündə birləşdirən şəhərlər sırasına daşımışdır.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

 

DİGƏR Xəbərlər Arxiv