YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun proqramı çərçivəsində Qax şəhərində 100 yerlik yeni uşaq bağçası tikilir

Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində Qax şəhərində daha bir uşaq bağçası tikilir.

Şəhərin 28 May küçəsində inşa edilən 100 yerlik uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. İkimərtəbəli binada yataq, məşğələ və qrup otaqları, həmçinin yeməkxana, musiqi zalı olacaq. Binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində cari ildə Qax şəhərinin İ.Dağıstanlı küçəsində 100 yerlik daha bir uşaq bağçasının tikintisinə başlanılması da planlaşdırılır.