YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatının qərargahında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 10-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Qurtuluş Gününə gedən yoldan bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Şəmsəddin Hacıyev əvvəlcə iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O, 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Ş.Hacıyev bildirib ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və ideyaların meydana çıxmasına şərait yaratdı. Ulu Öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamaları, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Çünki məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdı.

Tədbirdə qeyd olunub ki, milli qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçib, böyük uğurlar qazanıb. Bu gün ölkəmiz dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir.

Digər çıxış edənlər də Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm uğurlar qazanılır. İnkişaf dövrünü yaşayan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.

Çıxışlardan sonra Milli Qurtuluş Gününün xalqımızın tarixində yeri ilə bağlı müzakirələr aparılıb.