YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı

“Ulu Öndərin həyatında bir neçə dövr olmuşdur. Hər dövrün öz böyük mənası var. Hər dövrdə çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan, öz xalqına bağlı olan vətənpərvər kimi hərəkət edirdi.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səsləndirmişdir.

Ulu öndər Heydər Əliyevi öz xalqına bağlı və o, qədər də cəsarətli, ədalətli şəxsiyyət kimi xarakterizə edən Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan xalqı Heydər Əliyevi ürəkdən sevirdi və o sevginin əsas səbəbi məhz 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər və xalqımızın faciəvi günlərində haqqın, ədalətin yanında olması idi.

Prezident İlham Əliyev bildirib ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur.

Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda başlanan yeni eranı xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, 1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli mənəvi dəyərlər birinci şərtdir.