YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri rusiyalı həmkarı ilə görüşüb

MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

Azərbaycanın müdafiə naziri ilə görüşdən şad olduğunu deyən S.Şoyqu iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Rusiyanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.

Nazir Zakir Həsənov Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.