YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Vyetnam arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanmışdır

İyulun 2-də Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Görüşdə mədəniyyət və turizm Əbülfəs Qarayev may ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin Vyetnama rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını bildirmişdir.
Görüşdə təcrübə mübadiləsinin vacibliyindən də danışılmış, bir-birindən uzaq məsafədə yerləşən hər iki ölkənin müasir qloballaşma şəraitində əməkdaşlığının əhəmiyyəti vurğulanmışdır.

Görüşdə Azərbaycan-Vyetnam əlaqələrinin perspektivləri müzakirə olunmuş və iki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanmışdır.

Proqramı Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Vyetnam tərəfindən bu ölkənin mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anh imzalamışlar.