YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Rəcəb Tayyib Ərdoğanın iqtidarda olduğu illərdə Türkiyənin iqtisadiyyatı sürətlə inkişaf edib

«Rəcəb Tayyib Ərdoğan və onun partiyası 2002-ci ildən Türkiyədə hakimiyyətdədir və o, iqtidarda olduğu illərdə bu ölkənin iqtisadiyyatı sürətlə inkişaf edib. Keçən müddət ərzində Türkiyə iqtisadiyyatının kifayət qədər artdığı barədə məlumatlar da mövcuddur». Bu fikirləri politoloq Elman Nəsirov deyib.  

E.Nəsirov bildirib ki, Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə ümumidaxili məhsul 150 milyard dollar təşkil edirdisə, hazırda bu rəqəmin 798 milyarda çatdığı haqqında məlumatlar var. Onun sözlərinə görə, Türkiyə iqtidarı belə hədəf götürüb ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər ümumdaxili məhsul 2 trilyon dollara çatdırılmalıdır.

«Bütövlükdə, Türkiyənin beynəlxalq mövqeləri də möhkəmlənib və bu ölkə çox ciddi regional faktora çevrilib. Hətta bəzi analitiklər bir az da irəli gedərək deyirlər ki, Türkiyə artıq regionun fövqəldövlətinə çevrilməkdədir. Bu inkişaf, bu sıçrayış məhz Ərdoğanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Baxmayaraq ki, Türkiyə həyatında bu illər ərzində müəyyən ziddiyyətlərin, qarşıdurmaların olduğunu da inkar etmək olmaz»- deyə, politoloq qeyd edib.