YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının Bakıda 23-cü plenar iclasının açılış mərasimi olmuşdur

Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının Bakıda 23-cü plenar iclasının açılış mərasimi olmuşdur. İclasda Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbərləri, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin üzvləri, yüksək məhkəmələrin və hakim assosiasiyalarının sədrləri iştirak edirlər.

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iclasın açılış mərasimində çıxış edərək CEPEJ-nin plenar iclasının ənənəvi olaraq Strasburqda deyil, Azərbaycanda keçirilməsinə görə dərin minnətdarlığını bildirmişdir. Nazir qeyd etmişdir ki, bu, bizim üçün həm şərəfli, həm də məsuliyyətli missiyadır. Bu gün heç bir dövlət demokratik cəmiyyətdə müstəsna rolu olan ədalət mühakiməsi sisteminin tam mükəmməlliyi və islahatlara ehtiyac qalmaması ilə öyünə bilməz. Cəmiyyətimiz inkişaf etdikcə islahatlar davamlı və labüd xarakter alır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-nin bu sahədə mühüm rolu vardır. CEPEJ-nin 12 illik uğurlu işi nəticəsində onun nüfuzu daim artmış və fəaliyyəti Avropanın hüdudlarını aşmışdır. Artıq Afrika, Amerika və bir sıra Şərq dövlətləri də bu qurumun imkanlarından səmərəli istifadə edir. Qurumun məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən nadir hesabatları bütün dünyada məhkəmə islahatlarının “yol xəritəsi”nə çevrilmişdir. Əminəm ki, bu iclasda qəbul ediləcək növbəti belə hesabat görülən işlərə daha bir töhfə olacaqdır.
 

 

DİGƏR Xəbərlər Arxiv