YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunacaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də “Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda 2014-cü ilin iyun ayında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın Xalq Artisti Barat Həbib qızı Şəkinskayanın anadan olmasının 100 illiyinin tamam olması diqqətə çatdırılır.
Bildirilir ki, fitri istedada malik aktrisa Barat xanım Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaratmışdır. Özünün bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdırmış ilk sənətkarlardandır.
Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş Xalq Artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.