YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriu birgə bəyanat yayıblar.

Sənəddə həmsədrlər münaqişə tərəflərini mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatlarda əksini tapan razılaşmalara hörmətlə yanaşmağa çağırırlar.

"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq. Biz prezidentlərin son iki görüşündən sonra əldə edilən nəticələrin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazırıq", - deyə bəyanatda bildirilir.

 

DİGƏR Xəbərlər Arxiv