YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bridcet Brink: Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır

Azərbaycan Amerika Birləşmiş Ştatları üçün vacib tərəfdaşdır. Biz təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratiya sahələrində əməkdaşlığımızı inkişaf etdiririk.

Bu fikirləri ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında söyləyib.

ABŞ rəsmisi ölkəsinin yeni İpək Yolu təşəbbüsünü dəstəklədiyini, bu layihəni həyata keçirməklə Azərbaycanın yükdaşımalar mərkəzinə çevrildiyini, bunun iqtisadi inkişaf və təhlükəsizlik baxımından vacib məsələ olduğunu bildirib.

Bridcet Brink ölkəmizdə keçirdiyi bütün görüşlərin konstruktiv olduğunu qeyd edib. Vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanla əlaqələri bütün sahələrdə genişləndirmək niyyətindədir.

Dövlət katibi köməkçisinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, ABŞ münaqişənin həlli ilə bağlı öhdəliklərə sadiq qalır. Bu öhdəliklərə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində fəaliyyət daxildir. Birləşmiş Ştatlar münaqişənin dinc, davamlı və tam həllini dəstəkləyir.