YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın güclü ordusu yaradılıb

«Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın güclü ordusu yaradılıb». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, ordumuz düşmənin layiqli cavabını verir. O deyib ki, biz Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəri olmaqdan qürur duyuruq.

«Bu gün YAP-ın çoxminli gənc üzvləri əlinə silah alıb döyüşə getməyə hazırdır”. Aprel ayında cəbhə bölgəsində baş verən hadisələr ordumuzun gücünü nümayiş etdirdi. Həmin döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub. 26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününü də xalqımız böyük təntənə ilə qeyd edir. Xalqımız inanır ki, ordumuz işğal olunmuş torpaqlarımızı düşmənlərdən azad edəcək»- deyə, S.Orucov qeyd edib.