YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda internet və informasiya texnologiyaları yüksək templə inkişaf edir

Azərbaycanda internetin və informasiya texnologiyalarının inkişaf tempi bizim qarşıdakı illərdə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağımıza imkan verir.

Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, BMT-nin dünya ölkələrində “Elektron hökumət”in inkişaf səviyyəsi barədə dərc etdiyi hesabatında Azərbaycan 28 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmışdır. Ə.Abbasov ölkəmizin dünya reytinqində belə sürətlə irəliləməsinin səbəbini son dövrlərdə “ASAN xidmət” mərkəzlərinin yaradılması, elektron xidmətlərin gücləndirilməsi və genişləndirilməsi ilə izah etmişdir.