YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Danimarkada yaşayan azərbaycanlılar Ermənistanda faşist generala abidə ucaldılmasına etiraz edirlər

Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl ucaldılması ilə əlaqədar bu ölkədəki azərbaycanlılar adından bir sıra qurumlara etiraz məktubu göndəriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, BMT baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, parlament rəhbərinə və deputatlara ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.

Məktubda bildirilir ki, nasist ideologiyasına xidmət edən faşist general Hitlerin ölüm düşərgəsində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır. 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib. Məktubda BMT-nin nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılır və bütün bunların fonunda Yerevanın mərkəzində faşist generala heykəl qoyulması Ermənistanın dünyaya meydan oxuması kimi qiymətləndirilir.

Danimarka azərbaycanlıları hesab edirlər ki, rəsmi Yerevanın bu addımı, eyni zamanda, İkinci Dünya müharibəsi qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliğinin, nasist “qəhrəmanlara” bəraət qazandırmaq cəhdlərinin qarşısını almalıdır.