YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Millətimizi belə bir fəlakətlə üz-üzə buraxmayacağıq

Bizim Vətənimizi heç vaxt bölə bilməyəcəklər. Öz-özünə belə xəyal aləmində dolaşanlar var. Boşuna gəzirsiniz. Bu Vətən torpaqlarından əsla bir parça vermərik, təslim etmərik, belə bir səlahiyyətimiz yoxdur. Terror təşkilatları hesab edirlərsə ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı deyib.

“Nə günahı vardı o uşaqların, qadınların, yaşlıların, yerli və xarici vətəndaşların? Bunun insani, vicdanı hər hansı bir tərəfi varmı? Həm özünü partladırsan, həm də o insanları öldürürsən. Bir insanın ölümünə səbəb olmaq bütün bəşəriyyətin ölümünə səbəb olmaqdır. Belə deyir bizim dinimiz. Türkiyənin əsl fəlakəti bu terror hadisələri deyil, hədəflərindən və ideallarından imtina etməsi olar. Biz bundan imtina etməyəcəyik. Millətimizi belə bir fəlakətlə üz-üzə buraxmayacağıq”, - deyə Ərdoğan bildirib.