YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Neft Fondunun vəsaitlərinin investisiya edilməsindən 425,4 milyon dollar gəlir əldə olunub

2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin müxtəlif portfellərə investisiya edilməsindən ümumilikdə 425,4 milyon ABŞ dolları gəlir əldə olunub.

Bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir. Bildirilir ki, keçən il ARDNF-in vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilib. Keçən il fondun investisiya portfelinin gəlirliliyi 1,24 faiz təşkil edib.

Bundan başqa, ötən il karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər - BP Eksploreyşn (Azərbaycan) tərəfindən müqavilə sahəsindən istifadə üçün ARDNF-ə ödənilən akrhesabı ödənişlərin ümumi məbləği 2,2 milyon manat və yaxud 2,1 milyon ABŞ dolları olub.