YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Dövlətimizin əqli mülkiyyət siyasəti zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır

«Dövlətimizin əqli mülkiyyət siyasəti zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır». Bu fikri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib, altı bənddə əqli mülkiyyətin inkişafı üzrə vacib məsələlər nəzərdə tutulub. Onun sözlərinə görə, bu şəraitdə məhz universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət üzrə lokal siyasətin olması vacibdir.

«Müasir dünyanın və onun iqtisadiyyatının “dəmir və betona” deyil, “bilik və intellektə” əsaslanması heç də yeni fikir deyil. Həmçinin “biliklərə əsaslanan cəmiyyət”, “kreativ və ya innovasiyalı iqtisadiyyat”, “insan və ya intellektual kapitalı” yeni terminlər deyil. Vacibi odur ki, bilik və intellektə dair bu növ tərif və terminlərdə qüvvətverici stimul və ilhamverici motiv bilik və intellektin mülkiyyət ilə bağlantısının yaradılmasındadır, yəni əqli mülkiyyətin formalaşmasındadır. Çünki obyektivləşmiş bilik artıq yalnız yaradan şəxsə məxsus deyil, o digər şəxslərə onu istifadə etmək imkanı verir və iqtisadi məna alaraq, dövriyyəyə cəlb olunur, xüsusi növ əmtəəyə çevrilir»- deyə, K.İmanov vurğulayıb.