YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olmuşdur

İyulun 3-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Azərbaycan Könüllülük Xidməti” proqramının, “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı olmuşdur.

Tədbir iştirakçılarına proqram və virtual xəritə haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Azərbaycan Könüllülük Xidməti” proqramının əsas məqsədi ölkəmizdə könüllü hərəkatına təkan verilməsi, onun idarə edilməsinə, respublikamızdakı gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Bildirilmişdir ki, proqram çərçivəsində könüllülərlə iş üzrə yerli əlaqələndiricilərin hazırlanması, təcrübə mübadiləsinin təşkil olunması və s. planlaşdırılır.