YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan-Almaniya əlaqələri gündən-günə möhkəmlənir

Azərbaycan ilə Almaniya arasında əlaqələr gündən-günə möhkəmlənir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır, ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var.

Bu fikirləri iyunun 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında söyləyib.

“Azərbaycan Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Avropa İttifaqı ilə də əməkdaşlığımız gündən-günə möhkəmlənir”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə edildiyini bildirib: “İnanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt gəlib çatıb. Bu münaqişə həll edilməlidir. Məsələni addım-addım yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Mövcud status-kvonun dəyişməsinin vaxtı çatıb, status-kvo dayanıqlı deyil”.

DİGƏR Xəbərlər Arxiv