YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Frank-Valter Ştaynmayer: İstəyirik ki, Dağlıq Qarabağ münaqişəsi konstruktiv şəkildə həll olunsun

Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdır. İstəyirik ki, Dağlıq Qarabağ münaqişəsi konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması məqsədilə ciddi müzakirələr aparmalıyıq.

Bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında bildirib.

“ATƏT həmişə başa düşüb ki, Dağlıq Qarabağ münaqişəsi təhlükəlidir. Münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb. Biz stabilləşmə ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq”, - deyə Frank-Valter Ştaynmayer qeyd edib. ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımi tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın Cənubi Qafqaz regionunda güclü oyunçu olduğunu vurğulayıb.