YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tengiz Şergelaşvili: İlin sonuna kimi sərhədyanı əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyası yaradılacaq

İlin sonuna kimi sərhədyanı əməkdaşlıq üzrə Azərbaycan və Gürcüstan arasında ikitərəfli komissiya yaradılacaq. Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini Tengiz Şergelaşvili deyib.

Nazir müavini bildirib: "Komissiya iki ölkənin sərhədyanı regionları arasında əməkdaşlığın inkişafı məsələləri ilə məşğul olacaq. Hazırda onun formalaşdırılması prosesi gedir. Biz artıq Ermənistan ilə belə komissiya yaratmışıq və hesab edirəm ki, ilin sonuna kimi Azərbaycanla belə struktur formalaşdırılacaq.Gürcüstan tərəfdən onun tərkibinə bizim nazirliyin, Avrointeqrasiya Nazirliyinin, Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyinin, eləcə də QHT-lərin və digər strukturların nümayəndələri daxil olacaqlar".

Şergelaşvili deyib: "Bundan başqa, komissiya "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi əməkdaşlığı proqramında iştirak üçün ərizə verən təşkilatlarla işlə də məşğul olacaq. Bir çox sahələrdə, eləcə də turizm, təhsil və əlbəttə ki, kənd təsərrüfatı kimi sahələrdə kooperasiya üçün kifayət qədər potensial mövcuddur".