YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Meksikada Şəffaflıq Təşəbbüsünün Beynəlxalq idarə heyətinin 27-ci iclasında iştirak etmişdir

Meksikanın paytaxtı Mexiko şəhərində mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq idarə heyətinin 27-ci iclası keçirilmişdir. Konfransda Azərbaycanı mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət komissiyasının sədri, təşəbbüsün Beynəlxalq idarə heyətinin üzvü, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Meksika Senatının üzvləri ilə görüşü olmuşdur. İşçi nahar zamanı keçirilmiş görüşdə Azərbaycan-Meksika münasibətlərinin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Meksikanın enerji sektorunda islahatlar aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdıran senatorlar, bu sahədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Dövlət Neft Fondunun təcrübəsi ilə yaxından maraqlanmışlar.

Görüşdə Azərbaycanda neft-qaz sənayesinin inkişafı və beynəlxalq əməkdaşlıq təcrübəsi, həmçinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun Azərbaycanda mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın tətbiq edilməsi sahəsində əldə etdiyi nailiyyətlər bərədə senatorlara ətraflı məlumat verilmişdir.