YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşənbədə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Platformasının yığıncağı keçirilir

Düşənbədə təbii fəlakət riskinin azaldılması üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Platformasının ilk yığıncağı keçirilir.

Bu haqda Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Məlumatda deyilir ki, iclas 2015-2030-cu illərdə təbii fəlakət riskinin azaldılması üzrə Senday Çərçivə Proqramının tövsiyyələrinin yerinə yetirilməsi məqsədilə keçirilir.

Yığıncaqda təbii fəlakət riskinin azaldılması sahəsində regional əməkdaşlıq, Senday Proqramı çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, bu sahədə informasiya və təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə digər məsələlər müzakirə edilir.

Xatırladırıq ki, Senday Çərçivə Proqramı 2015-ci il martın 18-də Yaponiyada qəbul olunub, təbii fəlakətlərlə mübarizə sahsində dövlət və ictimai birlikər səviyyəsində iş aparılmasına xidmət edir.