YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşada Azərbaycana həsr edilən sərgi açılıb

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində ölkəmizə həsr edilən sərgi açılıb.

Səfirlikdən bildiriblər ki, sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilib. Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda, vacib nəqliyyat kəsişməsi rolunu oynayır. Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik olaraq minlərlə insan ziyarət edir.

Azərbaycanın Polşada təbliğinə həsr edilən sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair fotoşəkillər və təbiət mənzərələri nümayiş etdirilir. Sərgidə, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən fotolar da Varşava sakinlərinin diqqətinə təqdim edilib.

Açıq havada təşkil olunmuş sərgi iyulun sonunadək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv