YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunda Ceyhan limanından 2,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bu ilin iyununda 2 milyon 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 424 min 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 14 milyon 774 min 660 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il iyulun 1-dək Ceyhan limanından 305 milyon 962 min 432 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.