YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi qeyd ediləcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncamda Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinin 2014-cü ildə tamam olması diqqətə çatdırılır.

Bildirilir ki, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermişdir.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, ustad sənətkar Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.