YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentinin sədri Azərbaycanda səfərdədir

Gürcüstan parlamentinin sədri David Usupaşvili iyulun 6-da Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Aeroportda jurnalistlərə müsahibə verən D.Usupaşvili bildirmişdir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, o cümlədən iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.