YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

İyulun 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyasının yarımillik fəaliyyətinin nəticələri müzakirə edilib, habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə ««Azərbaycan  Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktı» ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirilib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunmuş, eyni zamanda Referendumun keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilmişdir. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.