YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: “Rio-2016”da medalların sayı London Olimpiadasındakından az olmayacaq

Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu Olimpiadada da uğur qazanacaqlar.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.

Ç.Hüseynzadə bildirib: “Rio-2016”da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanacağımıza ümid edirik. Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London Olimpiadasından geri qalmayacaq”.