YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti başqa vaxta keçirilib

Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti bir neçə ay uzadılıb. Bu barədə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu, onunla bağlıdır ki, layihə mürəkkəbdir və dəqiq yanaşma tələb edir, çünki söhbət yüksək keyfiyyətli peykdən gedir.

Abbasov bildirib: "Güman edirəm ki, tender sentyabrda başa çatacaq".

Azərbaycanın aşağı orbitli peykinin buraxılışı 2017-ci ilə planlaşdırılıb. Peykin tikintisinə 30 ay vaxt ayrılıb.