YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycan Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib

Azərbaycan Fəthullah Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib.

Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyənin qardaş ölkələri üçün nümunə olmalıdır.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.