YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək

Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır. Bu barədə azərbaycanlı jurnalistlərə müsahibəsində Qazaxıstan XİN-in MDB departamenti direktorunun müavini Kadır Kasabulatov bildirib.

Onun sözlərinə görə, hələlik səfərin tarixinin dəqiqləşdirilməsi üzərində iş gedir.

Kasabulatov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkan verən yüksək səviyyədə görüşlər müntəzəm olaraq keçirilir: "Dövlətlərimizin rəhbərləri həm ikitərəfli formatda, həm də çoxtərəfli görüşlər çərçivəsində çox tez-tez görüşlər".

Kasabulatovun sözlərinə görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə, eləcə də EXPO-2017 beynəlxalq sərgisinin keçirilməsinə namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdardır: "Hesab edirəm ki, Azərbaycanın bu sərgidə iştirakı ikitərəfli investisiya və iqtisadi əməkdaşlığın inkişafının rəhni olacaq".