YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda iştirak etmək üçün «Yeni Azərbaycan» təşəbbüs qrupu yaradıldı

Avqust ayının1-də 2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən  təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib.

Yığıncağda 3 592 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun «Yeni Azərbaycan» adlandırılması qərara alınmışdır.

Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin  tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuş, habelə yaradılan «Yeni Azərbaycan» təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilmişdir.