YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Furio de Angelis: Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov avqustun 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelis ilə görüşüb.

Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O, bir daha bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bununla yanaşı, Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunlar istər BMT QAK-ın ali komissarı, istərsə də digər yüksək səviyyəli rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Furio de Angelis deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, Azərbaycan onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. O bildirib ki, BMT QAK aprel hadisələrinə görə öz narahatlığını bildirib və Azərbaycan hökumətinin hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirib. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə bölgələrə səfər edəcək, eyni zamanda, aprel hadisələrindən sonra təşkilat tərəfindən kömək göstərilmiş yerlərdə də olacaq.