YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşəbbüs qrupu Hacıqabulda seçici imzalarının toplanmasını uğurla yekunlaşdırıb

“Yeni Azərbaycan” təşəbbüs qrupunun Hacıqabul rayon şöbəsinin qərargah üzvlərinin növbəti iclası keçirilib. Qərargahda yaradılmış 10 nəfərlik imzatoplayan qrupa son tapşırıqlar verilib və seçici imzaların toplanması prosesinə başlanılıb. Seçici imzalarının toplanılması prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq aparılıb. Referendum üzrə “Yeni Azərbaycan” təşəbbüs qrupunun mərkəzi qərargahından Hacıqabul rayon şöbəsinə 10 imza vərəqi təqdim edilib. 500 seçici imzası mütəşəkkil şəkildə, qısa zamanda başa çatdırılıb. İmza vərəqələri tam hazır şəkildə “Yeni Azərbaycan” təşəbbüs qrupunun mərkəzi qərargahına təqdim olunub.

Qeyd edək ki, Hacıqabul rayonu ərazisində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi və 41 seçki məntəqəsi var. Rayon üzrə seçicilərin sayı 39058 nəfərdir.