YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul etmişdir.

NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı NATO baş qərargahına son səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı, Azərbaycan ilə NATO arasında əlaqələrin razılıq doğurduğunu bildirdi, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etdi.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.