YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ADA Universitetində “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda XVI beynəlxalq konfrans keçiriləcək

İyulun 9-da ADA Universitetində “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda XVI beynəlxalq konfrans keçiriləcəkdir.

ADA Universitetinin, Qlobal Biznes və Texnologiya Assosiasiyasının, o cümlədən Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfrans çərçivəsində “Asiyaya Doğru” layihəsinin təqdimatı olacaqdır.

Qırxdan artıq ölkədən 175 nümayəndənin iştirak edəcəyi konfransın plenar sessiyasında Azərbaycanın maliyyə naziri Samir Şərifovun, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxış edəcəkləri gözlənilir.

Konfransda mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri, o cümlədən özəl, dövlət sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan problemləri əhatə edən yazı və elmi məqalələr təqdim ediləcəkdir.