YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycanla mümkün qədər əməkdaşlığın təmin olunması Rusiyanın marağındadır

Rusiya və Azərbaycan qonşu dövlətlərdir və tərəflər arasında mütəmadi olaraq yüksək səviyyəli səfərlər həyata keçirilir. Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, iki qonşu dövlətin xarici işlər nazirləri səviyyəsində də mütəmadi olaraq görüşlər keçirilir. Onun sözlərinə görə, müzakirə olunan məsələlər kifayət qədər ciddi sahələri əhatə edir.

«Burada Xəzərin hüquqi statusunun müəyyən edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, beynəlxalq müstəvidə mövqelərin yaxınlaşdırılması və digər məsəslələr var. Rusiya üçün indi beynəlxalq müstəvidə dəstək almaq çox vacibdir. Azərbaycanla mümkün qədər əməkdaşlığın təmin olunması Rusiyanın marağındadır»- deyə, politoloq qeyd edib.